ABŞ-ın Suriya məsələsindəki narahatlıqları davam edir

Suriyada həftə sonu həyata keçirilməsi planlaşdırılan atəşkəsin qurucularından hesab edilən ABŞ prosesə dair narahatlıqlarını davam etdirir.

438906
ABŞ-ın Suriya  məsələsindəki  narahatlıqları  davam edir

Suriyada həftə sonu həyata keçirilməsi planlaşdırılan atəşkəsin qurucularından hesab edilən ABŞ prosesə dair narahatlıqlarını davam etdirir.

ABŞ Dövlәt Departamentinin Baş katibi Con Kerri Suriya üçün siyasi keçidi nәzәrdә tutan prosesin uğursuzluqla nәticәlәnəcəyi tәqdirdә Suriyanın bölünməsini də ehtiva edən daha aqressiv mühitin yarana bilәcәyini deyib.

Kerri, Rusiya və İranın Suriya sülh prosesinin reallaşması mәsәlәsindәki mәnfi münasibətinin məsələni daha da dərinləşdirəcəyini bildirib.

Təhlükəsiz bölgənin formalaşması ehtimalının davam etdiyini də xatırladan Con Kerry, münaqişələrin dayandırılması müqaviləsi və humanitar yardımlarla Suriyanın onsuz da təhlükəsiz bölgə olmasını istədiklərini qeyd edib.

Digər tərəfdən, Kerri rusiyalı həmkarı Sergey Lavrovla telefon әlaqәsi saxlayıb və Suriyada böhranın həlli üçün danışıqların bərpa edilməsi məsələsini müzakirə edib.

Ağ Ev sözçüsü Coş Earnest Rusiyanın vә Suriyadakı rejimin əhəmiyyətli sözlər verdiklərini və bu sözlərini tutmalarını gözlədiklərini deyən Earnest: ''Suriyada siyasi keçid prosesinə zəmin yaradacaq münaqişələrin dayandırılması müqaviləsini ümid edirəm ki tətbiq edə bilәrik və lazımi yerlərə humanitar yardım çatdıra bilәrik. Beləliklə DEAŞ-ı zəiflədib yox edә bilәrik" deyib.



Әlaqәli Xәbәrlәr