Suriya sülh danışıqları təxirə salındı

İsveçrənin Cenevrə şəhərində fevralın 25-də davam etməsi planlaşdırılan Suriya sülh danışıqları təxirə salındı.

438204
Suriya sülh danışıqları təxirə salındı

BMT rəsmisi Anadolu Agentliyi müxbirinə verdiyi açıqlamada görüşlərin, texniki və logistika səbəblərindən təxirə salındığını bildirdi.

BMT-nin Suriya Üzrə Xüsusi Nümayəndəsi Staffan de Mistura keçən həftə verdiyi açıqlamada:"Cenevrədəki Suriya danışıqlarının fevralın 25-də başlayacağını söyləmək düzgün olmaz. Ən az 10 gün hazırlıq işlərinə ehtiyacımız var. Suriyada atəşkəs əldə olunarsa və humanitar vəziyyət düzələrsə danışıqlar müvəffəqiyyətlə bitə bilər" demişdi.

Bu arada, Sabah Suriyaya Beynəlxalq Dəstək Qrupu (ISSG) , De Mistura və Norveç Qaçqınlar Şurasının Baş Katibi Jan Egelandın sədrliyi ilə Cenevrədə bir araya gələcəklər. Sonra De Mistura və Egeland mətbuat konfransı keçirəcəklər.

Digər tərəfdən, Fransa Prezidenti Fransua Hollande, Almaniya Kansleri Angela Merkel, Britaniya Baş Naziri Devid Kameron və Amerika Birləşmiş Ştatları Prezidenti Barak Obama telefonla Suriya məsələsini müzakirə etdilər.

Yelisey Sarayından verilən məlumatda liderlərin Suriyadakı qarşıdurmaların ən qısa zamanda sona çatması ilə əlaqədar müqavilənin qüvvəyə minməsini arzu etdikləri və fevralın 11-də Cenevrədə əldə olunan razılaşmaya hörmət göstərilməsi məsələsində çox diqqətli olacaqları bildirilir.

Açıqlamada: "bu dörd ölkənin, Rusiya və Suriya rejiminin mötədil müxaliflərə və dinc əhaliyə qarşı hava hücumlarını sona çatdırması məsələsini yaxından təqib edəcəkləri" qeyd edilir.

Hələbdəki humanitar böhranın həll olunmasının əhəmiyyətinə toxunulan açıqlamada humanitar yardımların ehtiyac duyulan yerlərə çatdırılmasının vacibliyinə diqqət çəkilir.

Açıqlamada BMT-nin 2254 saylı qərarı əsasında Suriyada siyasi keçid dövrü üçün müzakirələrin başlanması üçün çağırışı edilir.

Bu arada, Birləşmiş Millətlər Təşkilatı Suriya Qızılay vasitəsilə ilə paytaxt Dəməşqin Şərqi Quda bölgəsində müxaliflərin nəzarətindəki Kafar Batnaya tibbi ləvazimat və ərzaq məhsulları yüklənmiş 14 yük maşını ilə humanitar yardım göndərib.



Әlaqәli Xәbәrlәr