ABŞ DEAŞ -ın mövqelərini vurmağı planlaşdırır

DEAŞ terror təşkilatının Liviyada güclənməsindən narahat olan ABŞ İtaliyanın Siciliya adasındakı hərbi bazasından istifadə edərək terrorçuların mövqelərini vurmağı planlaşdırır.

438436
ABŞ DEAŞ -ın mövqelərini vurmağı planlaşdırır

Ağ Evin DEAŞ-la mübarizə aparan koalisiyadakı xüsusi nümayəndəsi Brett McGurk terrorçuların Liviyadakı fəaliyyətini nəzrətdə saxladıqlarını açıqlayıb.

DEAŞ-ın Lİviyadakı mübarizə üçün xaricdən gələn döyüşçülərin sayını artırdığını qeyd edən xüsusi nüamyəndə: “Amerika təhlükə hiss etdiyi anda hərəkətə keçməyə tərəddüd etməyəcəkdir" deyib.

Bu arada, İtaliya ABŞ-a aid pilotsuz hava vasitələrinin Siciliyadan uçuşuna icazə verdiyini açıqlayıb. ABŞ isə bu qırıcılar vasitəsilə Liviyadakı DEAŞ terrorçularına aid mövqeləri bombalamağı planlaşdırır.



Әlaqәli Xәbәrlәr