Türkməndağında qarşıdurmalar intensivləşdi

Suriyanın Lazkiye bölgəsindəki Türkməndağında və Cəbəl Ekradda şiddətli toqquşmalar başladı.

435792
Türkməndağında qarşıdurmalar intensivləşdi

Əsəd rejiminin rus təyyarələrinin dəstəyi ilə müxaliflərin nəzarətindəki nöqtələrə yönələn hücumları intensivləşdi.

Müxaliflərin cavab verməsi ilə qarşıdurmaların şiddətləndiyi bölgədə rejim qüvvələri Türkmındağındaki Kuruca, Kelez və Sarraf kəndləri ilə Cəbəl Ekraddaki Künsübbə və Əl Hamrat kəndləri istiqamətində irəliləməyə çalışır.

Bölgədəki atəş və partlayış səsləri Hatay Vilayətinin cənubundakı sərhədə yaxın Yayladağı qəsəbəsində də eşidilir.

Rejim qüvvələri dünən Cəbəl Ekradda Künsübbə və Səfər Dağını ələ keçirmişdi.



Әlaqәli Xәbәrlәr