Trumpun xristian olmadığını iddia edib

Katolik dünyasının ruhani lideri Papa Franciscus ABŞ-da Cümhuriyyətçi Partiyanın sədrliyinə namizəd olan Donald Trumpun xristian olmadığını iddia edib.

435668
Trumpun xristian olmadığını iddia edib

Katolik dünyasının ruhani lideri Papa Franciscus ABŞ-da Cümhuriyyətçi Partiyanın sədrliyinə namizəd olan Donald Trumpun xristian olmadığını iddia edib.

Trump isə bir dini liderin insanların dini inançları haqqında fikir bildirməsinin utancverici bir hərəkət olduğunu bildirib.

Roma Papası Meksikaya bir həftəlik rəsmi səfərdən qayıdarkən təyyarǝdǝ jurnalistlərin suallarını cavablayıb.

Söhbət zamanı mühacirlərə və müsəlmanlara qarşı sərt çıxışları ilə tanınan, Meksika sərhəddinə divar hörmək istəyən və Papanı siyasətə müdaxilə etmək də günahlandıraraq onu tənqid edən Trumpa cavab verib.

ABŞ-dakı Prezident seçkilərində Katoliklərin kimi dəstəkləyəcləri məsələsinə qarışmaq istəmədiyini bildirən Roma Papası ad çəkmədən Trumpu sərt bir şəkildə tənqid edib.

“Harda olmasından asılı olmayaraq körpülər deyil də divarlar inşa etməyi düşünən bir insan Xristian ola bilməz. Bu “İncil"-də də yer almır. Səs verib-verməmə məsələsinə mən qarışmaq istəmirəm. Sadəcə düşünürəm ki, bu şəxs Xristian deyil" deyə Roma Papası fikirlərini yekunlaşdırıb.

Papanın ona qarşı sǝsləndirdiyi fikirlərə sərt reaksiya verməkdə davam edən Trump isə" Bir dini liderin insanların dini inamları haqqında fikir bildirməsi utancvericidir" -deyə cavab verib .


Etiketlәr: #Roma papası , #inam , #xristian

Әlaqәli Xәbәrlәr