Rusiya Bəşər Əsədi tənqid etdi

Rusiyanın BMT Yanında Daimi Nümayəndəsi Vitaliy Çurkin Bəşər Əsədin "Ölkənin hamısını geri alacağam" ifadəsinin Moskvanın sülhsevər diplomatik səylərinə uyğun gəlmədiyini dedi.

435769
Rusiya Bəşər Əsədi tənqid etdi

Vitaliy Çurkin Kommersant qəzetinə verdiyi müsahibədə Suriyadakı vəziyyətə dair açıqlamalar verdi.

Çurkin: "Rusiya Suriya böhranına siyasi, diplomatik və hərbi müstəvidə investisiya qoyub. Əsədin bunu nəzərə almasını istərdik " dedi.

Vitaliy Çurkin Amerika Birləşmiş Ştatlarının Bəşşar Əsədin vəzifədən getməsi ilə əlaqədar mövqeyində da yumşalma olduğunu iddia edir.

Bəşşar Əsəd Fransız xəbər agentliyi AFP-yə verdiyi müsahibədə ölkədə əlindən verdiyi bölgələri geri almaq üçün çalışacağını və bunun uzun və keşməkeşli bir proses olacağını iddia etmişdi.



Әlaqәli Xәbәrlәr