“Minnətdaram, amma siz yaxşı prezident deyilsiniz”, D.Tramp

Amerika Birləşmiş Ştatlarının noyabr ayında ediləcək prezident seçkiləri üçün sürən yarışına prezident Barak Obama da daxil olub.

434417
“Minnətdaram, amma siz yaxşı prezident deyilsiniz”, D.Tramp

Amerika Birləşmiş Ştatlarının noyabr ayında ediləcək prezident seçkiləri üçün sürən yarışına prezident Barak Obama da daxil olub.

Obama qaçqın və müsəlman əleyhdarlığı ilə gündəmdən düşməyən Respublikaçı namizəd Donald Trampun (Trump) seçilməyəcəyini təxmin etdiyini bildirib.

ASEAN Sammitində jurnalistlərin suallarını cavablandıran Barak Obama partiyasının namizədləri olan Hillari Klinton və Berni Sanderslə çox mövzuda həmfikir olduğunu söyləyib. Klintonun fövqəladə bir dövlət katibi olduğunu vurğulayan Obama çıxışı zamanı Respublikaçı namizədlərə üzünü tutaraq bütün diqqətlərin Trampda olduğunu, buna baxmayaraq, onun qazanacağına inanmadığını bildirib. Tramp da qarşılığında Obamanın sözlərini kompliment olaraq qəbul etdiyini, amma Obamanın yaxşı prezident olmadığını söyləyib.



Әlaqәli Xәbәrlәr