İraq və Küveyt neft hasilatının “dondurulmasını” dəstəkləməyə hazırdırlar
İraq və Küveyt neft hasilatının hazırkı kvotalarının “dondurulmasını” dəstəkləməyə hazırdırlar.
“Bloomberg”in yaydığı məlumata görə, neft hasilatının həcminə görə OPEK-də ikinci yeri tutan İraq neft hasilatının həcmini yanvar ayı səviyyəsində “dondurulmasını” dəstəkləməyə hazırdır. Hasilat həcminə görə (sutkada 3 mln barel) OPEK-də üçüncü yerdə olan Küveyt də hasilat həcmlərinin “dondurulması” təşəbbüsünü dəstəkləməyə hazırdır.
Qeyd edək ki, ötən gün Qətərin paytaxtı Dohada Rusiya, Səudiyyə Ərəbistanı, Qətər və Venesuelanın energetika nazirləri, digər istehsalçıların təşəbbüsə qoşulacağı təqdirdə, 2016-cı ildə neft hasilatı həcminin, orta hesabla, yanvar ayı səviyyəsində dondurulmasına dair ilkin razılığa gəliblər.
Fevralın 17-də Venesuelanın neft naziri hasilatın dondurulması təklifini İran və İraqın neft nazirləri ilə müzakirə edəcək.
Әlaqәli Xәbәrlәr
Dünyanın ən böyük hava limanı tikilir
Bunu Dubay Əmiri, BƏƏ-nin baş naziri Şeyx Məhəmməd ibn Rəşid əl-Məktum deyib
“Gözəgörünməz köpəkbalığı” sualtı qayığı
Avstraliya artıq gələcəyin sualtı qayığına çevrilə biləcək qeyri-adi modelin prototipini işə salıb