Xizǝk mǝrkǝzindǝ qar uçqunu fǝlakǝtǝ sǝbǝb olub,

Avstriyanın məşhur xizək mərkəzi Tirol, qar uçqunu fəlakətiylǝ sarsılıb

428412
Xizǝk  mǝrkǝzindǝ qar uçqunu  fǝlakǝtǝ sǝbǝb  olub,

Avstriyada Alp dağlarında meydana gələn qar uçqunu nǝticǝsindǝ 5 nǝfǝr hǝyatını itirib.

Innsbruck şəhərinin 30 kilometr cənub-şərqindəki Wattener Lizum bölgəsində meydana qar uçqunu nǝticǝsindǝ 17 Çexiyalı xizəkçi qarın altında qalıb. Hadisǝ nǝticǝsindǝ 5 nǝfǝr hǝyatını itirǝrkǝn digǝrlǝri xilas edilib. 2 xizǝkçi isǝ yaralanıb. Bölgədə uçqun tǝhlükǝsinin davam etdiyi bildirilib.

Qeyd edǝk ki, ötǝn ay da Fransanın Alp dağlarında meydana gələn qar uçqu nǝticǝsindǝ 6 əsgər hǝyatını itirmişdi.


Etiketlәr: #Avstriya , #qar uçqunu

Әlaqәli Xәbәrlәr