ABŞ Kolumbiya sülh prosesinə maddi dəstək verəcək

Kolumbiyada hökumət ilə Kolumbiya İnqilabçı Silahlı Qüvvələri arasında aparılan sülh danışıqları davam edir.

427640
ABŞ Kolumbiya sülh prosesinə maddi dəstək verəcək

Birləşmiş Millətlər Təşkilatı tərəflər arasında sülh müqaviləsi imzalanması halında atəşkəsə nəzarət etmək üçün ölkədə sülh qüvvələri yaradılmasına qərar vermişdi.


Birləşmiş Millətlər Təşkilatından sonra Kolumbiyasülh prosesinə bir dəstək də Amerika Birləşmiş Ştatlarından gəlidi.

Amerika Kolumbiyaya etdiyi maddi yardımı artıracaq.

Prezident Barack Obama 450 milyon dollarlıq yardım planını gələn həftə konqresə təqdim edəcəyini dedi.

Kolumbiya Prezidenti Manuel Santos da Amerikan yardımının davam edən sülh danışıqları baxımından həyati əhəmiyyət daşıdığını ifadə etdi.

Kolumbiyada tərəflər 50 ildən uzun müddət davam edən problemi həll etmək üçün 2012-ci ilin noyabr ayından etibarən Kubada sülh danışıqları aparır.



Әlaqәli Xәbәrlәr