Tǝyyarǝdǝki partlayışın terror aktı ola bilǝcǝyi ehtimal olunur

Somali- Cibuti reysi sərnişin təyyarədǝ baş verǝn partlayışla ǝlaqǝlǝdar araşdırma davam edir.

427098
Tǝyyarǝdǝki partlayışın  terror  aktı  ola bilǝcǝyi  ehtimal olunur

Partlayışın terror aktı olub olmadığı hǝlǝ dǝ konkret olaraq bilinmir. Ancaq aparılan araşdırmalar partlayışa bir bombanın səbəb olduğu ehtimalını güclǝndirir. Əldǝ edilǝn dǝlillǝr dǝ hadisǝdǝ Əl Şebab təşkilatının ǝlinin ola bilǝcǝyini göstǝrir.

Qeyd edǝk ki, partlayışdan sonra Pilotların təyyarəni endirmǝlǝriylǝ böyük bir fǝlakǝtin qarşısı alınıb.

Digər tərəfdən, qəzada həyatını itirən vǝ təyyarənin gövdəsində açılan dəlikdən çölǝ düşǝn 55 yaşlı bir sərnişinin cǝsǝdi təyyarənin təcili eniş etdiyi Maqadişu hava limanının təxminən 30 kilometr şimalında tapıldı.



Әlaqәli Xәbәrlәr