Josh Earnest Putinin illik dəyərləndirmə toplantısından danışdı

Washington Rusiya Prezidenti Vladimir Putinin  "Washington rəhbərliyininTürkiyənin İraqdakı əsgərlərini "görməməsi" ilə əlaqədar iddiasını cəfəngiyyat adlandırdı.

364517
Josh Earnest Putinin illik dəyərləndirmə toplantısından danışdı

Amerika Birləşmiş Ştatlarının Ağ Ev Sözçüsü Josh Earnest gündəlik mətbuat brifinqində verilən suala cavab olaraq Putinin illik dəyərləndirmə toplantısını şərh etdi.

Earnest  Türkiyə hava məkanını pozan Rusiya təyyarəsinin vurulmasından sonra  gərginləşən Türkiyə - Rusiya münasibətləri və Rusiyanın haqsız mövqeyi barədə danışdı.

Türkiyənin ABŞ və NATO müttəfiqi olduğunu xatırladan Earnest, Türkiyənin ərazisini və hava məkanını müdafiə haqqını dəstəklədiklərini bildirdi.

Earnest noyabrın 24-də Suriya hava məkanından Türkiyə tərəfinə keçən Rus döyüş təyyarəsinin pilotlarının Türkiyə hava məkanını pozduqları barədə xəbərdar edildiklərini, ancaq təyyarəçilərin bu xəbərdarlığı nəzərə almadıqlarını bildiklərini xatırlatdı.

Earnest Rusiyanın Suriyada ABŞ və Türkiyənin də aralarında olduğu koalisiya gücləri ilə daha çox əməkdaşlıq etməsi lazım olduğunu söylədi.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr