Putin Türkmǝnlǝr haqqında heç nǝ eşitmǝyib!

Vladimir Putin mindǝn artıq jurnalistin qatıldığı ǝnǝnǝvi olaraq hǝr ilin sonunda tǝşkil edilǝn mǝtbuat konfransında çıxış edib.

412617
Putin Türkmǝnlǝr haqqında heç nǝ eşitmǝyib!

Vladimir Putin mindǝn artıq jurnalistin qatıldığı ǝnǝnǝvi olaraq hǝr ilin sonunda tǝşkil edilǝn mǝtbuat konfransında çıxış edib.
Rusiya prezidenti Vladimir Putin Suriyadakı vǝtǝndaş müharibǝsindǝn qaçaraq Türkiyǝ sǝrhǝdinǝ yığışan Türkmǝnlǝr haqqında mǝlumatının olmadığını iddia edib.
Vladimir Putin mindǝn artıq jurnalistin qatıldığı ǝnǝnǝvi olaraq hǝr ilin sonunda tǝşkil edilǝn mǝtbuat konfransında çıxış edǝrǝk deyib ki, Türkmǝnlǝr haqqında heç nǝ eşitmǝmişǝm. Türkiyǝ dǝ bu mövzuda bizǝ xǝbǝrdarlıq etmǝyib.
Putinin gündǝmindǝ noyabrın 24-dǝ Türkiyǝnin hava mǝkanını pozduğuna görǝ düşürülǝn tǝyyarǝ dǝ yer tutub.
Putin tǝyyarǝnin nǝ üçün vurulduğunu başa düşmǝdiklǝrini irǝli sürüb.
Qeyd edǝk ki, Rusiya dünǝn Türkiyǝdǝn ǝlaqǝlǝrin normallaşması üçün tǝzminat vǝ belǝ hadisǝlǝrin bir daha baş vermǝyǝcǝyinǝ dair zǝmanǝt istǝmişdi.
Rǝsmi Ankara isǝ belǝ bir şǝyi qǝbul etmǝyǝcǝyini elan etmişdi.
İndi isǝ sabah Nyu-Yorkda keçirilǝcǝk Suriya yığıncağı diqqǝt mǝrkǝzindǝdir.
Yığıncaqda Xarici İşlǝr naziri Mövlud Çavuşoğlu rus hǝmkarı Sergey Lavrov ilǝ eyni masada olacaq.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr