Rus təyyarələri müxalifətin nəzarətindəki bölgələri bombalayıb
Suriyada rus təyyarələrinin müxaliflərin nəzarətindəki bölgələrə təşkil etdiyi avia hücum nəticəsində 81 nəfər həlak olub, 135 nəfərsə yaralanıb.
Təhlükəsizlik mənbələrinin məlumatına görə, Rusiya Hava Qüvvələri müxalifətin nəzarətindəki Dəməşq zonasındakı Şərqi Quda, Duma, Hammuriye, Sakba, Zamelka və Irbin bölgələrinə avia zərbələr endirilib.
Rus təyyarələrinin Dumaya 12, Hammuriyeyə 5, Sakbaya 5, Irbine 4 və Zamelkaya 2 təşkil etdikləri hücumlarda Dumada 55, Zamalkada 9, Hammuriyede 5, Irbinde 2 vətəndaş həyatını itirib. Dumadakı bazarın hədəf alındığı hücumda isə təxminən 120 nəfər yaralanıb.
Rus ordusuna aid döyüş təyyarələrinin Hələbdə müxalifətin nəzarətindəki Merce məhəlləsindəki yaşayış yerlərinə təşkil etdiyi hücum nəticəsində isə 10 nəfərin öldüyü, 15 nəfərinsə xəsarət aldığı bildirilir.
Әlaqәli Xәbәrlәr
Şimali Koreya şimal sərhədi yolunu minaladı
Bu barədə "Yonhap" agentliyi Cənubi Koreya ordusu məlumat yayıb