Bosniya və Herseqovinada kütləvi məzar aşkar edilib

Bosniya və Herseqovinanın şərqində yerləşən Kozluk bölgəsində yeni kütləvi məzar aşkar edilib.

409345
Bosniya və Herseqovinada kütləvi məzar aşkar edilib

20 il əvvəl Srebrenitsada serblər tərəfindən qətlə yetirilən yüzlərlə Bosniyalı müsəlmana aid kütləvi məzarda qazıntı işləri davam edir.
Qazıntılarda Lahey Beynəlxalq Hərbi Cinayətlər Məhkəməsinin rəsmiləri də iştirak edir.
Xatırladaq ki, 1992-1995-ci illər arasında davam edən Bosniya müharibəsində Serbiya Respublika Ordusu Srebrenitsada aralarında qadın və uşaqların da olduğu 8 min müsəlmanı qətlə yetirib və kütləvi məzarlara basdırıb.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr