Cari il 31 ölkədə 128 jurnalist öldürülüb

"Press Emblem Campaign" araşdırma mərkəzinin hesabatına ǝsasǝn cari il 31 ölkǝdǝ 128 jurnalistin öldürüldüyü bildirilib.

408617
Cari il 31 ölkədə 128 jurnalist öldürülüb

"Press Emblem Campaign" araşdırma mərkəzinin hesabatına ǝsasǝn cari il 31 ölkǝdǝ 128 jurnalistin öldürüldüyü bildirilib.
Məlumata görə, siyahıda ilk yerdə Suriyadır. Orada 11 jurnalist qətlə yetirilib. İraq və Meksikanın hər birində 10 jurnalist, Fransa, Liviya, Filippində hər birində 8, Braziliya, Hindistan, Cənubi Sudan hər birində 7, Pakistan və Somalidə 6, Hondurasda 5, Ukrayna və Kolumbiyada jurnalist öldürülüb. Ərazisində 3 jurnalist öldürülən Qvatelama 16-cı yerdədir. 17-18-ci yerləri ABŞ və Əfqanıstan tutub. Onların hər birində 2 jurnalist öldürülüb.
Araşdırmada qeyd edilib ki, jurnalistlər üçün ən təhlükəli bölgə Orta Şərqdir. Orada 38 jurnalist öldürülüb. Sonrakı yerdə Latın Amerikası gəlir. Orda öldürülǝn jurnalist sayı 31 olub.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr