Dağlıq Qarabağ nümayəndə heyəti ABŞ-da etirazla qarşılanıb

Ermənistanın işğal etdiyi Dağlıq Qarabağın nümayəndə heyətinin ABŞ-na işgüzar səfəri Vaşinqtonda yaşayan Azərbaycan ictimaiyyəti tərəfindən etirazla qarşılanıb.

405698
Dağlıq Qarabağ  nümayəndə heyəti ABŞ-da etirazla qarşılanıb

Konqres önünə toplaşan Azərbaycanlılar Qarabağın işğalını pisləyiblər.
Azərbaycan ictimaiyyətinin təmsilçiləri əllərində Amerika və Azərbaycan bayraqları tutaraq Dağlıq Qarabağdan olan nümayəndə heyətinin olduğu konqres binasının ətrafına toplaşıblar.
Onlar səsləndirdikləri şüarlarla etnik təmizləmə apardıqları üçün Ermənistanı günahlandırıblar.
Qarabağdan olan nümayişçilər də “Evimə dönmək istəyirəm” yazılı şüarlarla etirazçılara qoşulublar.
Əlləri minlərlə insanın qanına bulaşmış insanların ABŞ Konqres binasında yığıcanqda iştirak etməsinin təəsüfedici bir hal olduğunu vurğulayan nümayişçilər “ATƏT-in Minsk qrupu artıq etibarını itirib, bu qrub ləğv edilməlidir, Türkiyənin də yer aldığı yeni bir beynəlxalq quruma ehtiyac var” deyərək etirazlarını dilə gətiriblər.
Nümayişçilər heç bir insident olmadan öz işlərini yekunlaşdırıblar.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr