Ukraynanın borcu üçün məhkəməyə müraciət ediləcək

Rusiya prezidenti Vladimir Putin Ukraynanın Rusiyaya olan 3 milyard dollarlıq borcu verilməyəcəyi təqdirdə məhkəməyə müraciət edilməsi üçün təlimat verib.

405205
Ukraynanın borcu üçün məhkəməyə müraciət ediləcək

Ukraynanın 2013-cü ilin axırında Rusiyadan olduğu 3 milyard dollarlıq borcun geri ödənməsinin vaxtı dekabrın 20-də başa çatır.
Rusiyanın Maliyyə Nazirliyi səlahiyyətliləri Putinlə görüşərək vəziyyəti dəyərləndirib.
Putin yığıncaq zamanı borc vaxtında geri qaytarılmayacağı təqdirdə məhkəməyə müraciət edilməsini istəyib.
Ukrayna Baş naziri Arseniy Yatsenyuk isə borc məsələsində Rusiya ilə hüquq mübarizəsinə hazır olduqlarını açıqlayıb.
Kiyev Rusiyanın 2013-cü ildə verdiyi 3 milyard dolların rüşvət olduğunu, Moskvanın bu pul ilə Ukraynanı öz təsir dairəsində saxlamaq istədiyini irəli sürür.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr