Riyadda Körfǝz ölkǝlǝrinin ortaq tǝhlükǝsizliyinǝ dair mövzular

Körfǝz ölkǝlǝrini ǝlaqǝdar edǝn aktual mövzular Sǝudiyǝ Әrǝbistanın paytaxtı Riyadda müzakirǝ edilir.

361026
Riyadda Körfǝz ölkǝlǝrinin ortaq tǝhlükǝsizliyinǝ dair mövzular

Körfǝz ölkǝlǝrini ǝlaqǝdar edǝn aktual mövzular Sǝudiyǝ Әrǝbistanın paytaxtı Riyadda müzakirǝ edilir.
Körfǝz Әmǝkdaşlığı Şurasının zirvǝ yığıncağının açılış hissǝsindǝ çıxış edǝn Sǝudiyǝ Әrǝbistanı kralı Sǝlman bin Әbdülǝziz terrorla İslamiyyǝti ǝlaqǝlǝndirǝnlǝri tǝnqid edǝrǝk deyib ki, bölgǝlǝrdǝ çǝtin şǝrait hökm sürür. Problemlǝrin hǝlli üçün ǝmǝkdaşlıq edilmǝlidir.
Kral Sǝlman Fǝlǝstin xalqının qanuni haqqlarına qovuşmasının vǝ Fǝlǝstin dövlǝtinin qurulmasının hǝll edilmǝli ilk mǝsǝlǝlǝrdǝn olduğunu vurğulayıb.
Kral Sǝlman Suriya mǝsǝlǝsinǝ isǝ Birinci Cenevrǝ yığıncağına uyğun bilr siyasi hǝll yolu tapılmasının vacibliyini dilǝ gǝtirib.
Yığıncaqda çıxış edǝn Qǝtǝr Әmiri Şeyx Tǝmim bin Hamad Al-Sani dǝ terrorun müasir dünyanın qarşı-qarşıya olduğu ǝn tǝhlükǝli problemlǝrdǝn biri olduğunu vurğulayıb.
İki gün davam edǝcǝk zirvǝ yığıncağında regional mǝsǝlǝlǝrlǝ yanaşı Körfǝz ölkǝlǝrinin ortaq tǝhlükǝsizlik, iqtisadiyyat vǝ hǝrbi sahǝdǝki hǝmrǝylik mövzuları müzakirǝ edilir.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr