Qanlı hücumun 3-cü cinayətkarı Fuad Məhəmməd Aggadın olduğu təyin edildi

Digər aktivistin 29 yaşındakı Ömər İsmayıl Mostefai və 28 yaşındakı Sami Amimour olduğu bildirilmişdi

404696
Qanlı hücumun 3-cü cinayətkarı Fuad Məhəmməd Aggadın olduğu təyin edildi

Fransanın paytaxtı Parisdə 13 noyabrda 90 adamın öldüyü Bataclan konsert salonundakı hücumun  3-cü cinayətkarı Fuad Məhəmməd Aggadın olduğu təyin edildi.

Polis 23 yaşındakı Strazburglu intihar bombacısının 2013-ci ilin sonunda qardaşı və bir qrup yoldaşıyla Suriyaya getdiyini təsbit etdi.

Fransız orqanlarının verdiyi mǝlumata görə; 2014-ci ilin yazında 7 yoldaşıyla birlikdə Fransaya dönən terrorist təhlükəsizlik orqanları tərəfindən sorguya çǝkilǝrǝk 1 ay boyunca təqib edildi.

Bataclan konsert salonundakı digər iki intihar aktivistin 29 yaşındakı Ömər İsmayıl Mostefai və 28 yaşındakı Sami Amimour olduğu bildirilmişdi.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr