Fransada ultra-sağçılar önə çıxdı

Fransada prezident partiyası uduzdu, ultra-sağçılar önə çıxdı.

402450
Fransada ultra-sağçılar önə çıxdı

Fransada prezident partiyası uduzdu, ultra-sağçılar önə çıxdı.
Fransada dünən baş tutan regional seçkilərin 1-ci turunda 13 regiondan 6-da Marin Lö Penin rəhbərlik etdiyi ultra-sağçı Milli Cəbhə Partiyası liderlik edir.
İlkin məlumatlara görə, sağçı Milli Cəbhə Partiyası səslərin üçdə birini əldə edə bilər.
Bu, 13 noyabrda Parisdə törədilən və 130 nəfərin ölümü ilə nəticələnən faicəli terror aktlarından sonra keçirilən ilk seçkilərdir.
Fransanın Baş naziri Manuel Vals sosialistləri dəstəkləmək məqsədilə ötən həftə xalqa müraciət edərək, vətənpərvərlik nümayiş etdirməyə çağırmışdı.
Seçkilərdə ikinci yerdə eks-prezident Nikola Sarkozinin rəhbərlik etdiyi respublikaçılar gəlir. Onlar 4 regionda liderlik edirlər və səslərin 27 faizini qazanıblar. Sarkozi bildirib ki, bu nəticələr dəyişikliklər arzulayan fransızların yeni siqnalıdır: “Onların səsini eşitmək və anlamaq lazımdır.”

Prezident Fransua Ollandın partiyası isə 3-cü yeri tutub. Sosialistlər səslərin 23%-ni əldə ediblər. 2010-ci ildə sosialistlər 27 regiondan 24-də qalib gəlmişdilər. Hazırda onlar 3 regionda liderlik edirlər.
Fransada regional seçkilər 5 ildən bir 2 turda keçirilir. İkinci turda qalibiyyət üçün sadə səs çoxluğu tələb olunur.
Seçkilərin ikinci turu dekabrın 13-də baş tutacaq.

 


Etiketlәr:

Әlaqәli Xәbәrlәr