Pan Gi Mun: "Rusiya və Türkiyə arasındaki gərginlik terrorla müb

BMT-nin baş katibi Pan Gi Mun Türkiyə ilə Rusiya arasındaki gərginliyin azaldılmasıni istəyib.

395396
Pan Gi Mun: "Rusiya və Türkiyə arasındaki gərginlik terrorla müb

Pan Gi Mun “Associated Press” xəbər agentliyinə verdiyi müsahibədə Rusiya təyyarəsinin vurulmasından sonra artan gərginlikdən narahat olduğunu bildirərək, “koalisiya tərəfdaşları arasında gərginlik, parçalanma terrorla mübarizə baxımından yaxşı olmaz” deyib.
Brüseldə keçirilən Türkiyə Avropa İttifaqı zirvə toplantısına qatılan İrlandiya baş naziri Enda Kenni də, Türkiyə ilə Rusiya arasında gərginliyin narahatlığa sǝbǝb olduğunu söyləyib.
Avropa İttifaqının Xarici Siyasət və Təhlükəsizlik üzrə ali komissarı Federika Moqerini isə, Türkiyə və Rusiya arasındaki gərginliyin Suriyadakı prosesə zərər verməməsi üçün bu həftə hər iki tərəfin nəzdində görüşlər keçirəcəyini açıqlayıb.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr