Texasda daşqın: 3 ölü
ABŞ-ın Texas ştatında davam edən şiddətli yağış və daşqın nəticəsində 3 nəfər öldü.
356151
Xilasedicilər Qarlend şəhərində körpüdən suya düşən avtomobilin içindən 29-yaşlı kişinin meyitini tapıblar.
Fort-Uert şəhərində suda batmış avtomobildə 33 yaşlı qadının meyiti aşkarlanıb. Şəxsiyyəti müəyyən edilməmiş daha bir şəxsin meyiti isə Mensfild şəhəri yaxınlığında tapılıb.
Texas ştatında uzun müddət yağan yağışlar bir neçə çayı sahilindən çıxarıb. Sinoptiklər yaxın günlərdə leysan yağışların davam edəcəyini proqnozlaşdırır.
Әlaqәli Xәbәrlәr
Rusiya Müdafiə Nazirliyi bəyanat yaydı
Rusiya Donetsk vilayətindəki Novokalinovo qəsəbəsini nəzarətə götürdüyünü açıqlayıb.