Sabah Brüsseldə Türkiyə-Aİ sammiti öz işinə başlayacaq

Türkiyə ilə Avropa İttifaqı qaçqın böhranı məsələsində birgə addım atmağa hazırlaşırlar.

394964
Sabah Brüsseldə Türkiyə-Aİ sammiti öz işinə başlayacaq

Sabah Brüsseldə baş tutacaq Türkiyə-Avropa İttifaqı sammitində Fəaliyyət Planının şərtləri müzakirə ediləcək.

Sammit daha əvvəl Türkiyə ilə keçirilən və yalnız Avropa İttifaqı qurumlarının rəhbərlərinin qatıldığı "mini sammit" formatında olmayacaq.

Sammit Avropa İttifaqının üzvü olan ölkələrin dövlət və hökumət başçılarının iştirakı ilə 28 üstəgəl 1 formatında keçiriləcək.

Sammitdə Türkiyəni Baş Nazir Əhməd Davudoğlu təmsil edəcək.

Sammitdə məqsəd  Avropa İttifaqı ölkələrinə yönələn miqrant axınının qarşısının alınması ilə əlaqədar birgə fəaliyyət planının həyata keçirilməsinə başlanmasıdır.

Avropanın qaçqın böhranı ilə mübarizəsi sammitin əsas müzakirə mövzusu olacaq.

Sammitdə müzakirə olunacaq əsas məsələlər arasında nizamsız mühacirətlə mübarizə, suriyalı qaçqınların yükünün bölüşdürülməsi də var.

Avropanın qaçqın böhranı ilə mübarizə etmək məsələsində Ankaranın yardımı və əməkdaşlıq qarşılığında 3 milyard Avro səviyyəsində maliyyə dəstəyinin təmin olunması da haqqında qərar veriləcək məsələlər arasında olacaq.

Bundan başqa, sammitdə Türkiyə vətəndaşları üçün viza sərbəstliyi, Türkiyənin Avropa İttifaqına üzvlük məsələsi barədə danışıqların canlandırılması və Gömrük İttifaqının keyfiyyətinin yüksəldilməsi də müzakirə olunacaq.

Son günlərdə artan terror hadisələri və terrorizmin hər növünə qarşı birgə əməkdaşlıq edilməsi də sammitin gündəliyində yer alan məsələlər arasındadır.

Avropa İttifaqı sammiti sabah Brüsseldə Türkiyə saatıyla 17:00-da başlayacaq .


Etiketlәr:

Әlaqәli Xәbәrlәr