Hizbullahın 12 rəhbəri terror siyahısına salındı

Səudiyyə Ərəbistanı terrora dəstək vermə iddiası ilə Livanın Hizbullah təşkilatının 12 rəhbərini və təşkilata bağlı şirkətləri "terror siyahısına" saldı.

393212
Hizbullahın 12 rəhbəri terror siyahısına salındı

Səudiyyə Ərəbistanının rəsmi agentliyi SPA-da verilən Riyad hökuməti Daxili İşlər Nazirliyinin açıqlamasına görə: "Terrora dəstək vermələri və Orta Şərqdə terror fəaliyyəti aparan Hizbullah təşkilatının xeyrinə işləmələri səbəbindən təşkilata bağlı şirkətlərin və 12 Hizbullah rəhbərinin terror siyahısına salınaraq, sözügedən firmaların ölkədə fəaliyyətinin dayandırıldığı və ölkədəki mülkiyyətlərinin dondurulduğu" bildirildi.

Açıqlamada: "Ali Musa Dakduk, Məhəmməd Kevserani, Məhəmməd Yusif Əhməd Mənsur, Ethem Tabace, Kasım Hacic, Hüseyn Əli Faur, Mustafa Bədrəddin, İbrahim Akil, Fuad Şukr, Abdunnur Eş-Şeglan, Məhəmməd Nəcib Kərim və Məhəmməd Salman Fevvazın terror siyahısına salınan şəxslər olduğu və bunlara bağlı olan şirkətlərin də terror siyahısına salındığı" ifadə edildi.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr