Hollande: "Türkiyə ilə Suriya arasında sərhəd bağlanmalıdır"

Terrorçuların Avropaya keçməsinin qarşısının alınması üçün Türkiyə və Suriya arasında sərhəd bağlanmalıdır.

368402
Hollande: "Türkiyə ilə Suriya arasında sərhəd bağlanmalıdır"

Bu barədə Fransa prezidenti Francois Hollande Washingtonda amerikalı həmkarı Barack Obama ilə görüşündən sonra mətbuat konfransında bildirdi.

“Türkiyə və Suriya arasında sərhəd təcili bağlanmalıdır ki, terror aktı törətmək istəyən terrorçuların heç biri Avropaya keçə bilməsin”, deyə Hollande danışdı.

DEAŞ-la mübarizəyə toxunan Fransa prezidenti terrorçulara hərtərəfli zərbələr endirmək lazım olduğunu vurğulayaraq: "Maliyyə mənbələrindən məhrum etmək, liderlərini təqib edərək məhv etmək, şəbəkələrini ifşa edərək zərərsizləşdirmək və zəbt etdikləri ərazilərdə nəzarəti bərpa etmək" dedi 


Etiketlәr:

Әlaqәli Xәbәrlәr