Obama Putinə xəbərdarlıq etdi

Amerika Birləşmiş Ştatları prezidenti Barack Obama dünyanın radikal təşkilatlar tərəfindən Paris və diğər bölgələrdə mülki vətəndaşlara qarşı hücumlar təşkil etmə hallarını qəbul etməyəcəyini dedi.

420910
Obama Putinə xəbərdarlıq etdi

Obama bu növ təşkilat liderlərini yaxalayacaqlarını və DEAŞ-ın maliyyə mənbələrini məhv edəcəklərini şöylədi.

ABŞ dövlət başçısı Rusiyaya da Moskvanın Bəşər Əsəd rejimini devirməyə çalışan mülayim müxalifətin yerinə Rusiya vətəndaşlarını öldürənləri təqib etməsi barədə mesaj göndərdi.

Obama Rusiyanı Əsədə dəstəkləməyi dayandırmağa dəvət etdi və Əsəd hakimiyyətdə olduğu müddətdə Suriyadakı zorakılığın bitməyəcəyini vurğuladı.

ABŞ prezidenti, eyni zamanda, terror təşkilatı DEAŞ-a qarşı mübarizə məsələsi ilə əlaqədar : "Terror təşkilatının tamamilə məhv olunması üçün bütün gücümlə çalışıram. Bunun üçün ilk növbədə, təşkilatın maliyyə mənbələrini kəsmək və terrorçu liderləri yaxalamaq lazımdır" deyə danışdı.

Rusiya prezidenti Vladimir Putinə xitabən: "Rusiya birbaşa DEAŞ-la döyüşərsə, yardım edəcəyəm" dedi.

Rusiyanın strateji qərarla DEAŞ-a qarşı mübarizə etməsinin zəruriliyini vurğulayan Obama: "Rusların Suriyadakı hərbi əməliyyatları DEAŞ- ı yolundan döndərmədi, əksinə daha da gücləndirdi" dedi.

Obama Moskva ilə Suriya lideri Əsədin hakimiyyətdən çəkilməsi mənasına gələn lider dəyişimi məsələsində razılıq əldə etməyə ümidvar olduğunu da bildirdi.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr