Argentinada 12 illik Kirşner dövrü başa çatdı

Rǝsmi olmayan nǝticǝlǝrǝ ǝsasǝn Maurisio Makri 52,1 faiz sǝs toplayaraq qalib gǝlib.

367866
Argentinada 12 illik Kirşner dövrü başa çatdı

Rǝsmi olmayan nǝticǝlǝrǝ ǝsasǝn Maurisio Makri 52,1 faiz sǝs toplayaraq qalib gǝlib. Daniel Sioli isǝ sǝslǝrin 47,9 faiz sǝs toplaya bilib.
Sioli artıq rəqibini təbrik edib və prezident postunda ona uğurlar arzulayıb.
Argentinada ilk dəfədir ki, prezident seçkilərinin nəticələri ikinci turda müəyyən olunur. Seçkilərin oktyabrın 25-də keçirilən birinci turunda Daniel Sioli 37,08, Maurisio Makri isə 34,12 faiz səs toplamışdı.
Argentinanın yeni mühafizǝkar prezidenti Maurisio Makri tarixi bir qǝlǝbǝ qazandıqlarını, ölkǝsinin inkişaf etmǝsi üçün hǝr imkandan istifadǝ edǝcǝklǝrini söylǝyib.
Bununla da Argentinada dǝrin maliyyǝ böhranından sonra 2003-cü ildǝ hakimiyyǝtǝ gǝlǝn Nestor Kirşner vǝ sonra xanımı Kristina Fernandes de Krişner ilǝ 12 il davam edǝn “Krişnerlǝr dövrü” başa çatıb.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr