Daha bir terror Malidə baş verib

Malinin paytaxtı Bomako şəhərində silahlı şəxslər “Radisson” otelində 170 nəfəri girov götürüblər.

419741
Daha bir terror Malidə baş verib

Malinin paytaxtı Bamako şəhərində "Radisson Blue" mehmanxanasında silahlıların girov götürdüyü 170 nəfərdən 80-i xüsusi təyinatlı polis dəstəsinin keçirdiyi əməliyyat nəticəsində azad edilib.

Xarici İşlər Nazirliyinin məlumatına görə, mehmanxanada Türk Hava Yollarının 7 nümayəndəsi olub. Onların hamısının azad edildiyi haqda məlumat yayılıb.

Məlumata əsasən, azad edilən girovlar arasında Fransanın "Air France" şirkətinin 12 əməkdaşı da olub.

"Radisson Blue" hoteli "The Rezidor Otel Group" hotellər şəbəkəsinə daxildir. Qrupun direktoru bildirib ki, girov götürülənlərin 140-ı müştəri, 30-u mehmanxana işçisidir.

Basqını "əl-Qaidə"yə bağlı "əl-Murabitun" qruplaşmasının törətdiyi ehtimal olunur.

İlkin məlumata əsasən, basqın nəticəsində biri Fransa, ikisi Mali vətəndaşı olmaqla, 3 mühafizəçi həyatını itirib.

Məlumata görə, girov götürülənlər arasında Türkiyə, Fransa və Çin vətəndaşları da var.

Girovların azad olunması əməliyyatının davam etdiyi bildirilir.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr