Fransada 8 nəfər nəzarətə götürülüb

Fransa polisi Saint Denis istiqamətində əməliyyat təşkil edib.

367278
Fransada 8 nəfər nəzarətə götürülüb

Parisdə törədilən terror aktlarından sonra Fransa polisi Saint Denis istiqamətində genişmiqyaslı əməliyyat təşkil edib.
7 saat davam edən əməliyyatlarda 2 nəfər həlak olub, 8-i nəzarətə götürülüb.
Paris polisi əməliyyatların cümə günü təşkil olunan hücumların təşkilatçısı Abdülhəmid Abaaoudun Saint Denisdə saxlandığı şübhəsi ilə həyata keçirildiyini bildirib.
Lakin nəzarətə götürülənlərin arasında Abaaoud ilə cümə günü qaçan Salih Abdülselam olmayıb.
Fransa prokurorluğu keçirdiyi mətbuat konfransında, xüsusi qüvvələrə bağlı 110 polisin qatıldığı, 5 min mərminin istifadə olunduğu əməliyyatda neçə nəfərin ölməsi ilə bağlı məlumat verməyəcəklərini açıqlayıb.
Sadəcə əməliyyatların təşkil olunduğu üçüncü mərtəbədəki binada 2 cəsəd aşkarlanıb. Bunlardan biri intihar edən terrorist Abaaoudun qohumu güman olunan qadın terrorisdə aiddir.
Prokurorluğun verdiyi açıqlamada bildirilir ki, əməliyyatlarda əvvəlcə terrorçular polisə atəş açıb, daha sonra partlayış səsləri gəlib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr