Rusiya və Fransa DEAŞ-a qarşı əməkdaşlığı gücləndirəcəklər

Rusiya prezidenti Vladimir Putin sabah Suriyaya gedəcək Fransa təyyarə gəmisi “ŞARL DÖ GOL” heyəti ilə əlaqə qurulması və heyətin tərəfdaş olaraq görülməsi təlimatını verib.

418427
Rusiya və Fransa DEAŞ-a qarşı əməkdaşlığı gücləndirəcəklər

Putin Moskvada verdiyi açıqlamada ölkəsinin Fransa donanması ilə birgə Suriya planı üzərində çalışacağını ifadə edib.
Bu arada Rusiya prezidenti Vladimir Putin fransalı həmkarı Fransua Olland ilə telefonla danışıb.
Danışıqda Suriyada DEAŞ terror qruplaşması ilə mübarizədə əməkdaşlığın gücləndirilməsinə dair razılığa gəliblər.
Qeyd edək ki, Fransa prezidentinin noyabrın 26-da Moskvaya səfəri gözlənilir.
Digər tərəfdən iki ölkə Suriyada DEAŞ mövqelərinə hava hücumları təşkil edib.
Fransa Suriyanın Rakka şəhərindəki DEAŞ mövqelərini 10 döyüş təyyarəsi ilə üçüncü dəfə atəşə tutub.

Rusiyanın son hücumlarında isə DEAŞ-a aid 200 hədəf vurulub.

Rusiya Suriyadakı hava qüvvələrinə daha 37 döyüş təyyarəsi əlavə edəcək.

 

 


Etiketlәr:

Әlaqәli Xәbәrlәr