BMT Baş katibinin narahatlığı

BMT-nin Baş katibi Parisdǝ törǝdilǝn terror hücumlarından sonra müsǝlmanlara vǝ xüsusilǝ dǝ müsǝlman olan qaçqın vǝ mǝcburi köçkünlǝrǝ qarşı hücum edilǝcǝyindǝn narahatlığını dilǝ gǝtirib.

418428
BMT Baş katibinin narahatlığı

BMT-nin Baş katibi Pan Gi Mun Parisdǝ törǝdilǝn terror hücumlarından sonra müsǝlmanlara vǝ xüsusilǝ dǝ müsǝlman olan qaçqın vǝ mǝcburi köçkünlǝrǝ qarşı hücum edilǝcǝyindǝn narahatlığını dilǝ gǝtirib.
Baş katib BMT Tǝhlükǝsizlik Şurasında çıxış edǝrǝk deyib ki, terror tǝhdidi bütün dünyanın problǝmidir. Rusiyaya mǝxsus tǝyyarǝnin bombalanması, Paris, Beyrut vǝ Bağdaddakı hücumlar DEAŞ tǝhdidinin artmaqda davam ǝtdiyini göstǝrir. Heç bir sǝbǝb bu hücumlara haq qazandıra bilmǝz.
Antalyada keçirilǝn G20 sammitindǝ terrora qarşı ortaya qoyulan ortaq mövqedǝn mǝmnunluq duyduğunu dilǝ gǝtirǝn Pan Gi Mun bildirib ki, bu mübarizǝ çǝrçivǝsindǝ hökumǝtlǝrin sǝhvlǝri, ǝdalǝtsizlik vǝ insanları zorakılığa istiqamǝtlǝndirǝn digǝr sǝbǝblǝrin aradan qaldırılması ǝhǝmiyyǝt kǝsb edir.
Terrorla mübarizǝnin hüquq çǝrçivǝsindǝ aparılmasının ǝhǝmiyyǝtinǝ toxunan Baş katib dünyanın terrorçu qruplara qarşı ǝmǝkdaşlıq edǝrǝk bu hadisǝlǝrǝ qatılanları mǝhkǝmǝ qarşısına çıxarmasının daşdığı ǝhǝmiyyǝti dǝ dilǝ gǝtirib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr