ABŞ-dan Fransaya gedən təyyarə eniş edib

“Air France ” aviaşirkətinə məxsus iki təyyarə partlayış təhlükəsi səbəbindən marşrutunu dəyişib

418663
ABŞ-dan Fransaya gedən təyyarə eniş edib



“Air France ” aviaşirkətinə məxsus iki təyyarə partlayış təhlükəsi səbəbindən marşrutunu dəyişib

Los Ancelesdən Parisə uçan “Air France” aviaşirkətinə məxsus təyyarə təhlükəsizlik nöqteyi-nəzərdən ABŞ-ın Yuta ştatındakı Solt-Leyk-Siti hava limanına yönəldilib.

Federal Mülki Aviasiya İdarəsinin mətbuat katibi bildirib ki, təyyarənin marşrutunun dəyişdirilməsinə səbəb təyyarənin göyərtəsində partlayıcı qurğunun olması barədə məlumatın daxil olması olub.

Məlumata görə, təyyarə artıq insidentsiz eniş edib, sərnişinlər terminala yerləşdirilib.

Vaşinqton-Paris reysi ilə uçan “Air France” aviaşirkətinə məxsus digər təyyarə partlayış təhlükəsi səbəbindən marşrutunu dəyişərək Kanadanın Qalifaks hava limanına enib. Bu barədə aeroportun vitse-prezidenti məlumat verib. O, sərnişinlərə təhlükə olmadığını bildirib, lakin təyyarənin marşrutunu dəyişərək eniş etməsinin səbəbinə aydınlıq gətirə bilməyib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr