Parisdə baş verən terrorda yaralanan 3 nəfər həlak olub

Ötən gün axşam Parisin müxtəlif yerlərində qısamüddətli terror hücumu həyəcanı yaşanıb.

366298
Parisdə baş verən terrorda yaralanan 3 nəfər həlak olub

Paytaxt Parisdə nümayişlərin keçirildiyi və ölənlərin xatirəsinin anıldığı “Cümhuriyyət” meydanında yaşanan terror həyəcanından sonra polis səhvən həyəcan siqnalı verib.
Fransa prezidenti Fransua Olland hadisədən sonra Cümhuriyyətçilər partiyasının lideri və sabiq prezident Nikola Sarkozi və digər partiya rəhbərləri ilə təkbətək görüş keçirib. Görüşlərdə müxalifət partiyalarının liderləri, hökümətin terrorla mübarizədə daha qərarlı və sərt addımlar atılmasını istəyib.
Bu gün isə Fransua Olland Versay Şatosundakı tarixi binada məclis və senat üzvləri ilə parlament toplantısı keçirəcək və terrorla mübarizə strategiyasından danışacaq.
Bu arada Fransa polisi “Bataclan” konsert salonuna hücum edənlərdən birinin 29 yaşlı İsmail Mostefai olduğunu bildirib.
Əl-cəzair əsilli Fransa vətəndaşı Mostefainin kimliyi barmaq izlərindən sübut olunub. Polis terrorçunun ailəsinin yaşadığı evlərə basqın təşkil edib və 6 yaxınını nəzarətə götürüb.
Bundan başqa 1989-cu il təvəllüdlü Belçikada doğulan Salah Abdüsselam adlı şübhəlinin fotoları yayımlanıb. Bu şəxsin “Bataclan” əyləncə mərkəzini hədəf alanlardan birinin qardaşı olduğu açıqlanıb.
Hücumlarda istifadə olunan iki avtomobilin Belçika dövlət nişanlı olduğu məlum olub.
Belçika və Fransa daxili işlər nazirləri görüşərək bu barədə müzakirələr aparıb. Fransa xarici işlər naziri Bernard Kazeneuve hücumların Fransadan kənar qüvvələr tərəfindən təşkil olunduğunu, lakin Fransadakı bəzi şəxslərin köməkliyi ilə həyata keçirildiyini bildirib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr