Xərçəng xəstəliyinə düçar olmuş uşaqlar nağıl qəhrəmanı olurlar

ABŞ-ın Alyaska Ştatında könüllülərdən ibarət olan qrup müalicə nəticəsində saçları töküımüş uşaqlara əlvan, rəngarəng pariklər taxdlı.

415693
Xərçəng xəstəliyinə düçar olmuş uşaqlar nağıl qəhrəmanı olurlar

"Sehirli Çubuq" layihəsinin müəllifi Holly Christensen məqsədin "Anaların kiçik şahzadələrinə sehirli şəkildə toxunmaq" olduğunu bildirdi.

Christensen ilk pariki 1 il əvvəl dostunn xərçəng xəstəsi olan 3 yaşındakı evladı üçün hazırladığını söylədi.

Lily adlı qız pariki geyinərkən keçirdiyi hissləri anasına: "Özümü şahzadə kimi hiss edirəm" deyərək ifadə edib.

Sürətlə böyüyən layihədə Disney nağıllarındakı qəhrəmanlardan ruhlanaraq hazırlanan pariklər  xərçəng xəstəsi olan uşaqlara  pulsuz olaraq göndərilir.

Kimya terapiyası görən xəstələrin dərisinin çox həssas olduğunu bilən keçmiş tibb bacısı pariklərin iç hissəsini xüsusi, yumşaq bir iplə hörür.

Böyük maraq görən layihəyə həbsxanadakı qadın məhbuslar da dəstək verirlər. 70 məhkum 150 parikin iç qismini  millərlə hörərək qrupa təqdim etdi.

Qrup fəaliyyətlərini Facebook hesablarından sərgiləyir.

 


Etiketlәr:

Әlaqәli Xәbәrlәr