Lufthansa minə yaxın uçuşu ləğv etdi

Almaniyaya məxsus aviaşirkət Lufthansa tətil səbəbindən minə yaxın uçuşu ləğv etdi.

416056
Lufthansa  minə yaxın uçuşu ləğv etdi

Lufthansa Müstəqil Uçuş Ekipajı Təşkilatı (UFO) Həmkarlar Təşkilatının müdafiə etdiyi uçuş ekipajının tətili səbəbindən nəzərdə tutulan 3 min reysdən 933-nün ləğv edildiyi bildirildi.

Ləğv edilən uçuşlar nəticəsində təxminən 107 min sərnişinin  əziyyət çəkəcəyi bildirilən açıqlamada Lufthansa qrupuna aid Germanwings, Eurowings, Lufthansa Cityline, Swiss, Avstriya Hava Yolları, Air Dolomiti və Brüssel Hava Yolları şirkətlərinin tətildən ziyan görməyəcəyi qeyd edidi.

Lufthansada ötən həftənin cümə günündən bu yana sürən tətillə əlaqədar mindən çox uçuş ləğv edildi, yüz minlərlə sərnişin vaxtında mənzil başına yetişmədi.

UFO-nun noyabrın 10-da verdiyi açıqlamada Lufthansa ilə razılıq əldə olunmadığını bildirilərək tətilin Frankfurt, Düsseldorf və Münhen hava limanlarında bütün uçuşları əhatə edəcək şəkildə 11 noyabr saat 04.00-dan 13 noyabr gecə yarısına qədər davam edəcəyi bildirilmişdi.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr