Fələstinlə İsrail arasında gərginlik davam edir

İordan çayının Qərb sahillərində İsrail əsgərləri ilə fələstinlilər arasında baş verən qarşıdurmalar nəticəsində yaralanan fələstinlilərin sayı 270-ə çatıb.

365479
Fələstinlə İsrail arasında gərginlik davam edir

Fələstin Qızıl Aypara Cəmiyyətinin verdiyi məlumatda bildirilir ki, 42 nəfər həqiqi, 94-ü plastik güllədən, 23-ü qarışıqlıq zamanı yıxılaraq yaralanıb və 111 nəfər isə müdaxilələr zamanı istifadə edilən göz yaşardıcı qazdan zəhərlənib. Fələstin Səhiyyə Nazirliyi də İsrail əsgərlərinin Ramallah və əl-Bire şəhərlərindəki müdaxilələr zamanı başından və ürəyindən güllə ilə yaralanan iki fələstinlinin vəziyyətinin ağır olduğunu bildirib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr