Myanmada iqtidar yerini müxalifətə təhvil verdi

Myanmada Demokratiya üçün Milli Birlik Partiyası (NLD) dünən edilən Parlament seçkilərində səslərin təxminən 70 fazini qazanıb.

364908
Myanmada iqtidar yerini müxalifətə təhvil verdi

  Təxminən 50 illik hərbi rəhbərliyə son verən 2010-cu il seçkisindən sonra Cuntanın dəstəklədiyi hökumətin kölgəsində edilən seçkinin ilk rəsmi nəticələrinin bu gün tam olaraq açıqlanması gözlənilir.

  Htay Oonun sədrlik etdiyi iqtidar partiyası Həmrəylik və İnkişaf Partiyası (USDP) yerini NLD-li müxalifətə vermək məcburiyyətində qalıb.

  Qeyd edək ki, Myanmarda dünən təxminən 30 milyon vətəndaş seçkilərdə iştirak edib ki, bu da seçicilərin 80 faizi deməkdir.

  Seçkinin iki öndə gedən partiya ismi olub:
• ölkəni müstəqilliyə aparan milliyyətçi lider Aunq Şanın qızı və Nobel mükafatlı müxalifət lideri Aunq Şan Suu Çiinin liderliyindəki NLD və
• Prezident və təqaüdçü hərbçi lider Thein Seinin qurduğu iqtidar partiyası USDP.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr