Əsəd qüvvələri ilə müxaliflər arasında qarşıdurmalar davam edir

Suriyada Əsəd qüvvələri ilə müxaliflər arasında qarşıdurmalar Haman ətrafında artır.

364139
Əsəd qüvvələri ilə müxaliflər arasında qarşıdurmalar davam edir

Müxalif birliklər rejim üçün hərbi baxımdan əhəmiyyət kəsb edən Morik bölgəsinə yaxın Atşan və Um Hareteyn qəsəbəsində nəzarəti ələ keçirdi.

Müxaliflər nəzarət etdikləri yerlərdə çoxlu sayda hərbi sursat da ələ keçirdi.

Rejim üçün hərbi baxımdan əhəmiyyət daşıyan Morik  təchizat məntəqəsidir.

Hama Hava Limanına 30 kilometr məsafədə yerləşən Morik qəsəbəsi rejimə məxsus hərbi kazarmaların yerləşdiyi Hatab qəsəbəsinin yaxınlığında yerləşir.

Digər tərəfdən,  mərkəzi Londonda olan Suriya İnsan Hüquqlarının Müşahidə Evi və Kimyəvi Silahların Qadağan Edilməsi Təşkilatı  DEAŞ-ın xardal qazından istifadə etdiyini iddia edir.

Verilən açıqlamada DEAŞ-ın avqust ayında Hələbdəki qarşıdurmalar zamanı xardal qazından istifadə etdiyinin müəyyən edildiyi vurğulanıb.

Amerika Birləşmiş Ştatlarından də iddia ilə bağlı açıqlama gəldi.

Ağ Ev milli tThlükəsizlik Şurasının sözçüsü ciddi narahatlıq içində olduqlarını və məsələni yaxından təqib edəcəklərini dedi.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr