Obama Keystone XL layihəsinə veto qoydu

ABŞ Prezidenti Barack Obama Keystone XL boru xətti layihəsinə veto qoydu.

364131
Obama Keystone XL layihəsinə veto qoydu

ABŞ Senatı və Konqresinin təsdiq etdiyi layihəni rədd etdiyini açıqlayan Obama Kanadadan Meksika Körfəzinə neft daşıyacaq  Keystone XL adlı boru xəttinin inşasına veto qoyma qərarını ABŞ Dövlət Departamenti və başqa rəsmilər ilə intensiv görüşlər keçirdikdən sonra aldığını söylədi.

Veto qərarını Ağ Evdə Vitse-prezident Joe Biden və Dövlət Katibi Jhon Kerry ilə birlikdə açıqlayan Obama: "Jhon Kerry  uzun araşdırmalar və intensiv danışıqlardan sonra Keystone XL boru xəttinin milli maraqlarımıza yaraya bilməyəcəyi nəticəsinə gəldiklərini bildirdi. Mən də bu qərarla razıyam. Bu səhər Kanada Baş Naziri Justın Trudeau ilə də danışaraq ona qərarımı bildirdim.O təəssüfləndiyini dilə gətirdi. Onunla iki ölkə arasında enerji və iqlim dəyişiklikləri mövzularını da ehtiva edən çoxşaxəli əməkdaşlıq əlaqələri barədə razılığa gəldik" dedi.

Keystone neft boru xəttinin illər boyu Amerika siyasətində şişirdilmiş mübahisə mövzusuna çevrildiyini  bildirən Obama boru xəttinin iqtisadiyyata uzunmüddətli bir töhfə verə bilməyəcəyini qeyd etdi.

Obama konqresdə iki partiyanın birgə razılaşacağı boru xəttindən 30 dəfə  çox iş yeri təmin edəcək planların müzakirə olunmasının lazım olduğunu da söylədi.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr