Abdülfettah Sisinin London səfərinə etiraz edilib

Hərbi çevrilişlə hakimiyyətə gələn Sisinin London səfəri çoxsaylı kütlə tərəfindən etirazla qarşılanıb.

410879
Abdülfettah Sisinin  London səfərinə   etiraz edilib

İngiltərə Baş nazirliyi binasının qarşısında toplanan 200-ə yaxın nümayişçi, Sisiyi diktatorluqla günahlandıraraq "xoş gəlmədiniz" plakatları nümayiş etdiriblər.
Müharibə əlehdarı nümayişçilər, Sisinin Misirdə demokratiyanı məhv etdiyini bildirərək, Misirlə müqavilə bağlanmaması haqda çağırış səsləndiriblər.
İngiltərə İşçi Partiyasının lideri Ceremi Corbyn də, Baş Nazir Devid Kameronun Sisiyi Londona dəvət etməsini pisləyərək Misirdə demokratiya yenidən bərpa olana qədər silah embarqosunın tətbiq edilməsi haqda çağırış edib.
Qeyd edək ki, Sisinin London səfərinin təxirə salınması üçün 50-dək millət vəkili də ərizə imzalayıb.
İngiltərənin ‘‘Daily Telegraph’’ qəzeti isə Sisinin Londona səfərindən öncə NATO liderlərini arayaraq, Liviyanın yenidən inşa edilməsi üçün kömək istədiyini yazıb.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr