Rusiya Hələbi vurdu, 13 mülki vətəndaş həlak oldu

Rusiyaya məxsus hərbi təyyarələrin endirdiyi hava zərbəsi nəticəsində Suriyada 13 dinc sakin öldü, onlarla insan yaralandı.

409589
Rusiya Hələbi vurdu, 13 mülki vətəndaş həlak oldu

Hədəfdə müxalifət qüvvələrinin nəzarəti altında olan Bustan əl-Kasr və Ənsari məhəllələri idi.

Hava zərbəsi nəticəsində əraziyə ciddi ziyan dəyib, bir çox inzibati binalar və fərdi evlər dağılıb.

Dağıntılar altından çıxarılan yaralılar səhra xəstəxanalarına yerləşdirilir.

Bölgə əhalisi təhlükəsiz yerlərə köçürülür.



Etiketlәr:

Әlaqәli Xәbәrlәr