Avropa problemin öhdǝsindǝn gǝlmǝk üçün cǝhd göstǝrir

Avropa qaçqınlar vǝ mǝcburi köçkünlǝr bağlı problemin hǝlli üçün cǝhd göstǝrir.

408294
Avropa problemin öhdǝsindǝn gǝlmǝk üçün cǝhd göstǝrir

Avropa qaçqınlar vǝ mǝcburi köçkünlǝrin probleminin hǝllinə cǝhd göstǝrir.
Oktyabr ayı Avropaya dǝniz vasitəsi ilǝ gedən qaçqınların sayı 218 minǝ çataraq rekordu qırıb.
BMT-nin Qaçqınlar üzrǝ Ali Komissarlığı sadǝcǝ ötən ay Avropaya dǝniz yolu ilǝ keçən qaçqın vǝ mǝcburi köçkünlǝrin sayının 2014-cü illǝ eyni olduğunu açıqlayıb.
Sentyabr ayında isǝ bu rǝqǝm 173 min olub.
BMT bu il vǝ 2016-cı ildǝ 700 minǝ yaxın qaçqın vǝ mǝcburi köçkünün dǝniz yolu ilǝ Avropaya çatacağını nǝzǝrǝ almışdı. Bu rǝqǝm 2015-ci il üçün hazırda 744 minǝ çatıb.
Havalar soyuduğu üçün qaçqınların dǝniz yolundan istifadǝ etmǝyǝcǝyi güman edilirdi, lakin rezin qayıqlarla Aralıq dǝnizi vǝ Egey dǝnizindǝki tǝhlükǝli sǝfǝrlǝr davam edir.
Digǝr tǝrǝfdǝn Yunanıstanın sahil mühafizǝ dǝstǝlǝri Egey dǝnizindǝ yeni bir xilaskarlıq ǝmǝliyyatı hǝyata keçirib. Belə ki, 300-dǝn artıq qaçaq mühacirin olduğu qayığın batması nǝticǝsindǝ 43 nǝfǝr hǝyatını itirib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr