İran Suriya məsələsi ilə bağlı müzakirələrə dəvət edilib

Suriyada 4 ildən artıqdır davam edən daxili müharibənin həlli ilə bağlı beynəlxalq tədbirlərə ilk dəfə İran da dəvət edilib.

402379
İran Suriya məsələsi ilə bağlı müzakirələrə dəvət edilib

İranın Rusiya tərəfindən dəvət edildiyi barədə məlumat verən Amerikalı rəsmilər Tehran rəhbərliyinin buna bir cavab vermədiyini açıqlayıb.
Okyabrın 23-də Suriya ilə bağlı Vyanada keçirilən son toplantıda iştirak edən xarici işlər naziri Feridun Sinirlioğlu ABŞ Rusiya və Səudiyyə Ərəbistanı xarici işlər nazirləri arasında müzakirə olunmuşdu.
Növbəti görüş sabah yenə Vyanada baş tutacaq.
Görüşlərə 4 ölkənin-Almaniya, İngiltərə, Fransa, İordaniya və BƏƏ rəsmilərinin də qatılacağı gözlənilir.
Rəsmi Vaşinqton İranın beynəlxalq tədbirlərə qatılma ehtimalını uzun müddətdir göz qabağında olduğunu nəzərə alsa da, Səudiyyə Ərəbistanın da aralarında olduğuğu bəzi ölkələr buna etiraz edir.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr