Misir Qəzza ilə sərhəddə 12 tuneli dağıdıb

Misir Qəzza sərhəddində 12 yeni tunel aşkarlayaraq, onları dağıdıb.

358853
Misir Qəzza ilə sərhəddə 12 tuneli dağıdıb

Misir Qəzza sərhəddində 12 yeni tunel aşkarlayaraq, onları dağıdıb.
Müdafiə Nazirliyinin açıqlamasına görə həmin tunellər vasitəsi ilə keçməyə çalışan bəzi fələstinlilər də yaxalanıb.
İsrailin mühasirəsində olan Qəzzada demokratik seçki ilə vəzifəyə gələn Həmasın hakimiyyətə gəlməsindən sonra 2007-ci ildən Misir-Qəzza arasındakı Rəfah Sərhəd məntəqəsi ticarət üçün bağlanmışdı. İsrailin mühasirəsi və sərhəd məntəqəsinin bağlanması ilǝ fələstinlilər gündəlik tələbatlarını ödəmək üçün tunellərə üz tutmuşdular.
Qəzza ilə Misir arasındaki çoxsaylı tunellərdən gündəlik təlabat malları, dərman, mal-qara da daxil olmaqla keçirilərək burada yaşayan insanların ehtiyacları ödənilirdi.
Misirdə 2013-cü ilin iyulun 3-də baş verən çevrilişdən sonra hakimiyyətə gələn hərbi qüvvələr fələstinlilərin can damarı sayılan tunellərin böyük əksəriyyətini dağıtmışdı.
Son olaraq Misir Qəzza sərhəddinə döşədiyi böyük borular vasitəsi ilə tunellərə dəniz suyu ilə doldurmağa başlamışdı.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr