Patricia qasırğası 3500 evi mǝhv etdi

Şənbə günü Meksikanın Sakit Okeana çıxan sahil xəttinin Patricia qasırğasına məruz qalması nəticəsində 3500 yaşayış evi dağılıb.

399498
Patricia qasırğası 3500 evi  mǝhv etdi

Meksika rəsmiləri Fǝlakǝtdǝn əvvəl Patricia qasırğasının indiyədək ölkənin üzləşdiyi qasırğalardan ən şiddətlisi olacağını demişdilər.
Meksika prezidenti bildirib ki, Patricia qasırğası gətirdiyi güclü yağışlarla daşqın və sürüşmə təhlükəsi yaradır. Lakin gözlənildiyindən daha az zərər yetirib.
ABŞ Milli Qasırğa Mərkəzi (NHC) qasırğanı beşinci dərəcəli fırtına kimi dəyərləndirib. Bu ən yüksək təsnifat hesab olunur.
Lakin qasırğa zəifləyərək ikinci kateqoriyalı tropik fırtınaya çevrilib.
Qasırğa Meksikanın qərbinə yaxınlaşıb, özü ilə dağıdıcı külək və yağışlar gətirsə də, elə də ciddi itkinin baş vermədiyi bildirilir. İndi Patricia Meksikadan şimala doğru hərəkət edir.
Qasırğanın ölkənin daxilində hərəkəti xüsusilə Nayarit, Jalisco, Colima, Michoacan və Guerrero ştatlarına təhlükə yaradır.
Meksika federal polisi bildirib ki, Colima ştatında “kiçik sürüşmələr və ağacların yıxılması” qeydə alınıb.
Lakin hökumət xəbərdarlıq edib ki, bu il aktiv olmuş Colima vulkanının külləri güclü yağışlarla qarışa bilər və böyük daşqınlara səbəb ola bilər.
Təxminən 400 min insan həssas bölgələrdə yaşayır, Meksika Milli Fəlakət Fondu bildirib.
Amerika qitəsində qeydə alınmış ən güclü hesab edilən qasırğanın "fəlakət törətmə potensialı"nın olduğu bildirilir və ciddi zərər törədəcəyi gözlənilirdi .
Cümə günü günorta və axşam, sürəti saatda 200 km olan qasırğanın hərşeyi alt-üst edəcəyi bildirilirdi.
Meksika hakimiyyəti Patricia qasırğasından qorunmaq üçün bəzi sakinlərin təxliyəsinə başlamışdı.
Bu qasırğa 2013-cü ildə Filippində 6300 nəfərin ölümünə səbəb olan Haiyan tayfunu ilə müqayisə edilir, Dünya Meteroloji Təşkilatı deyir.
Patricianın keçəcəyi üç rayonda fövqəladə vəziyyət elan edilib.
ABŞ Milli Qasırğa Mərkəzi bildirib ki, Patricia fəlakət törətmə potensialındadır və Atlantik və ya Sakit okeanında qeydə alınan ən güclü qasırğadır.



Etiketlәr:

Әlaqәli Xәbәrlәr