Qǝtǝrǝ 2 milyard avro dəyərində döyüş vəsaitləri göndərildi

Döyüş vəsaitləri iki ölkə arasında 2013-ci ildə əldə edilǝn razılaşma çərçivəsində verildi

357792
Qǝtǝrǝ 2 milyard avro dəyərində döyüş vəsaitləri göndərildi

Almaniya Qǝtǝrǝ 2 milyard avro dəyərində döyüş vəsaitləri göndərdi.
Alman Süddeutsche Zeitung qəzetinin xəbərinə görə, döyüş vəsaitləri iki ölkə arasında 2013-ci ildə əldə edilǝn razılaşma çərçivəsində verildi.
Qəzet xəbərində 2013-ci ildən bu yana Körfəz bölgəsində yaşanan vəziyyətin dəyişikliyinə də işarə edir.
Buna görə Qǝtǝr Yəməndəki vətəndaş müharibəsinin dayandırılması üçün Səudiyyə Ərəbistanı liderliyində reallaşan hərbi harǝkata min əsgərlə qatılacaq.
Süddeutsche Zeitung qǝzetinǝ görə, Əl Cəzirənin keçən ay verdiyi bu xəbər Almaniya İqtisadiyyat Nazirliyindən yollanan döyüş vəsaitlərinin ,Yəməndə istifadə edilməsindən narahatdır. Digər tərəfdən dǝ Qǝtǝr xarici işlər naziri Xalid Əl Ətiyyə dünən bir mǝlumat verǝrǝk ;
- "Suriyǝlilǝri rejimin hədələrindən qorunmaq üçün, lazım gǝlǝrsǝ hərbi müdaxilə edǝrik" demişdi.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr