Yanukoviç Avrupa İnsan Haqları Məhkəməsinə müraciət edib

Ukraynanın sabiq lideri Viktor Yanukoviç özünə qarşı insan haqlarının pozulması iddiası ilə Avrupa İnsan Haqları Məhkəməsinə müraciət edib.

394439
Yanukoviç Avrupa İnsan Haqları Məhkəməsinə müraciət edib

Ukraynanın sabiq lideri Viktor Yanukoviç özünə qarşı insan haqlarının pozulması iddiası ilə Avrupa İnsan Haqları Məhkəməsinə müraciət edib.
Yanukoviçin vəkili açıqlamasında müvəkkilinin əleyhinə avqustda iştirakı olmadan başlayan məhkəmələrin "ədalətli olmadığını" iddia edib.
Müvəkkilinin müstəqil, ədalətli bir məhkəmədə mühakimə edilmədiyini irəli sürən vəkil müvəkkilinin ədalətli mühakimə haqqının pozulduğunu dilə gətirib.
Kiyev məhkəməsi, 65 yaşlı Yanukoviçi nümayişçilər arasında 100-dən çox dinc sakinin ölümünə səbəb olan hücum əmrini vermekdə günahlandırılır.
Ukraynada 2013-cü ilin sonunda başlayan hökümətə qarşı nümayişlərin vətəndaş müharibəsinə çevrilməsi nəticəsində 8 mindən çox insan həyatını itirmişdi.
Yanukoviç ötən ilin fevral ayında ölkədə formalaşdırılan yeni parlament tərəfindən qızğın müzakirələrdən sonra vəzifəsindən azad edilmişdi.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr