Minlǝrlǝ qaçqın Xorvatiyadan Zloveniyaya keçib

Qaçqın böhranını sona çatdırmaq uğrunda mübarizǝ edǝn Avropada immiqrantlar bir sərhəddən digərinə axışırlar.

355336
 Minlǝrlǝ  qaçqın Xorvatiyadan  Zloveniyaya   keçib

Macarıstan, Xorvatiya sərhədini bağladıqdan sonra minlərlə qaçqın Sloveniyaya istiqamǝtlǝnib.
Sloveniya “Avstriya və Almaniya sərhədlərinin açıq olduğu müddǝtcǝ immiqrantları qəbul edəcəyini açıqladıqdan sonra ölkǝyǝ qaçqın axını artaraq davam edir. Minlərlə qaçqın Xorvatiyadan bu ölkəyə keçib.
Qarşıdurmalardan və yoxsulluqdan xilas olmaq üçün ölkələrini tərk edən qaçqınların ǝksǝriyyǝti şimali Avropaya getməkdǝ sǝy edir.
Serbiya sərhədini ötǝn ay bağlayan Macarıstan isǝ son olaraq Xorvatiya sərhədini dǝ bağlayıb.
Avropa İttifaqının immiqrant axınının qarşısını alacaq ortaq addımlar mövzusunda razılıq ǝldǝ edǝ bilmǝmǝsi isǝ Budapeşt rəhbərliyinin belǝ bir qǝrar almasına ǝsas sǝbǝbi kimi göstǝrilir.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr