Beynəlxalq ictimaiyyət Türkiyə ilə əməkdaşlığı gücləndirməlidir

Yaponiyanın Nihon Keizai Simbun Qəzeti Türkiyənin sabitliyi məsələsinə toxunaraq, bunun region üçün vacibliyinə diqqət çəkən yazı dərc etdi.

392836
Beynəlxalq ictimaiyyət Türkiyə ilə əməkdaşlığı gücləndirməlidir

Yazıda: "Xaosun dərinləşdiyi Yaxın Şərqdə yüksək böyümə nisbətləri nümayiş etdirən Türkiyəni qaranlıq kölgələr əhatə etməyə davam edir. Paytaxt Ankarada ölkə tarixinin ən faciəli terror hücumunda çox sayda vətəndaş həyatını itirdi. Vətəndaş müharibəsinin davam etdiyi Suriya ilə sərhədi olan və Avropa ilə bağları olan Türkiyənin sabitliyi, region üçün əvəzolunmazdır. Beynəlxalq ictimaiyyət terrorla mübarizə və qaçqınlara dəstək məsələsində Türkiyə ilə əməkdaşlığı gücləndirməlidir" deyilir.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr